Qan İnformasiya Bankı layihəsi qan alma müddətinə qədər və ondan sonrakı müddəti elektron mühitə daşıyıb qan məhsullarını ən asan yolla təqib edərək lazım olduğu zaman istənən qan məhsulunun tapılmasında köməkçi olan bir sistemdir. Layihə donor qeydiyyat, laboratoriya müayinəsi, həkim müayinəsi, qan alma, qanın laboratoriyada faydalılıq nəzarəti və alınan qanların (faydalı, faydasız) təqibi müddətlərini əhatə edir. Bütün proseslərdə istifadəçinin işini asanlaşdıracaq bir sıra xüsusiyyətlər istifadə edilmiş və eyni zamanda proseslərin barkod üzərindən də təqib edilməsi təmin edilmişdir.
Eyni zamanda alınan qanların digər ehtiyacı olan təşkilatlar tərəfindən sistem üzərindən istənməsi və alınan ehtiyaclar istiqamətində qan banklarından sistem üzərindən qan transfer əməliyyatları reallaşdırıla bilməkdədir.
Sistem son dərəcə elastik quruluşa sahib olmaqla istifadə zamanı çıxa biləcək səhv vəziyyətlərdə istifadəçini əvvəldən girilmiş parametrlərə uyğun olaraq xəbərdar edir və səhv əməliyyatlara maneə törətməkdədir. Uzun və ya qısa müddətli olaraq qan alma proseslərini şərh etmək üçün sistem tərəfindən qrafiki və informasiya məzmunlu statistikalar edilə bilməkdədir.
Sistem ümumisindəki bütün prosesləri hesabat edir, eyni zamanda donor tərəfinə veriləcək bir çox rəsmi sənədlərin də sistem tərəfindən avtomatik olaraq hazırlanması təmin edilmişdir.
Sistemdə mövcud Avtorizasiya və lazım olduğu hallarda məhdudiyyətlər sayəsində məlumatların təhlükəsizliyi və bəzi məlumatların anonimliyi sistem tərəfindən təmin edilir və sistem daxilində edilən bütün əməliyyatların logları sistem tərəfindən tutulmaqdadır.